Zaqatalada 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, hadisə bu gün saat 16 radələrində rayonun Göyəm kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Abid Şaban oğlu Əhmədov qohumlarına məxsus fərdi yaşayış evinin dam örtüyündə təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq A. Əhmədov xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)