"Liverpul" klubu tarixində 9-cu dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.
"Unikal" xəbər verir ki, "qırmızılar" finalda "Çelsi"ni məğlubiyyətə uğradıb. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Penaltilər seriyasında isə "Liverpul" qələbə qazanıb - 11:10. Zərbəni dəqiq yerinə yetirə bilməyən yeganə oyunçu "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa olub.
Qalib komandanın qolkiperi Kuivin Kelleher isə əsas komandada 8-ci oyununu keçirməsinə baxmayaraq, matçın əsas qəhrəmanı olub.
Beləliklə, "Liverpul" Liqa Kubokunu qazanma sayında "Mançester Siti"ni üstələyərək, birinci yerə çıxıb.