Ukraynanın məşhur cüdoçusu, dünya çempionu Georgi Zantaraya Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıb.
"Unikal" xəbər verir ki, 34 yaşlı idmançı özünün "İnstaqram" hesabında ölkə bayrağı və gerbi fonunda avtomat göstərib. O, paylaşımda hazırda paytaxt Kiyevdə olduğunu və sonadək mübarizə aparacağını yazıb.
Bildirək ki, G.Zantaraya 2009-cu ildə dünya, 2011 və 2017-ci illərdə isə Avropa çempionatının qalibi olub.