Ukraynanın Xarkov şəhərinə endirilən raket zərbəsi zamanı xəsarət alanların sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, Xarkov vilayət administrasiyasının yanına düşən raket azı 1-i uşaq olmaqla azı 6 nəfərin yaralanmasına səbəb olub.

***11:15

Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbəsi endirilib.

"Unikal" xəbər  verir ki,  şəhərin mərkəzində yerləşən Azadlıq meydanına, bələdiyyə binasının yaxınlığına qanadlı raket atılıb. 

Zərbə zamanı ölən və yaralananların sayı barədə məlumat verilməyib.