ABŞ-ın müdafiə kompleksilə bağlı yüksək rütbəli məmurunun sözlərinə görə, Rusiya Ukrayna ərazisinə 400-dən çox raket atıb və Ukrayna buna effektiv hava hücumundan müdafiə sistemləri ilə cavab verib.
"Unikal" xəbər verir ki, CNN-in həmsöhbəti qeyd edib ki, 1 mart səhər saatlarına olan məlumata əsasən ABŞ hərbi müdaxilədən sonra Rusiyanın Ukrayna ərazisinə atdığı 400-dən çox raketi qeydə alıb.
O, bildirib ki, Ukrayna Rusiyanın ən azı 29 təyyarəsini məhv edib və şəhərlərə atılan çox sayda raketləri zərərsizləşdirib.
Məmur əlavə edib ki, Rusiya havada üstünlüyə nail ola bilməyib, lakin hələ də onların vəziyyətə nəzarət etdiyi bəzi ərazilər var.