Yaponiyanın baş naziri Kişida Fumio ölkəsinə Rusiyanın hücuma keçdiyi Ukraynadan olan qaçqınları qəbul etməyi planlaşdırdıqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə mətbuat konfransında çıxışı zamanı deyib. Kişida ölkəsinin yaxın vaxtlarda Ukraynadan olan qaçqınları qəbul edəcəyini, ilk mərhələdə “Yaponiyada qohumları və tanışları olanlara” üstünlük veriləcəyini bildirib.
Böhranın aktuallığını nəzərə alaraq ölkəsinin qapılarının "başqa insanlara açıq" olacağını deyən Kişida, "Ukrayna xalqı ilə həmrəy olduqlarını göstərmək istədiklərini" ifadə edib.