"Putin KTMT sülh müqaviləsinə düzəlişlərin ratifikasiyası üçün onu Dövlət Dumasına göndərib".
"Unikal" xəbər verir ki, bunu erməni siyasətçi Tiqran Qriqoryan deyib.
"KTMT-nin rəsmi saytında bu dəyişikliklərlə bağlı aşağıdakılar yazılıb:
Vacib sənədlər imzalansa belə, KTMT-nin sülhyaratma potensialının inkişafı ləngiyərdi və biz buna xüsusi diqqət yetirərdik. 6 oktyabr 2007-ci il tarixli Sülhməramlı Fəaliyyət Təşkilatlarının Kollektiv Təhlükəsizlik haqqında Sazişinə əlavələr edilməsi haqqında Protokol imzalanıb. Hansı ki, dəyişikliklər KTMT-nin sülhməramlı qüvvələrinin "idarəetmənin koordinasiyası - KTMT üzvü" yolu ilə BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara cəlb edilməsi imkanını nəzərdə tutur.
Halbuki yuxarıda qeyd olunan KTMT-nin sülhməramlı müqaviləsində açıq şəkildə göstərilir ki, sülhməramlı missiya üzv olmayan dövlətlərin ərazisinə yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı ilə göndərilə bilər. Ermənistan Ukraynaya qarşı müharibəyə qarışmamaq üçün hər cür səy göstərməlidir", - T.Qriqoryan bildirib.
Ağarza Elçinoğlu