Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya təcavüzündən sonra hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.

"Unikal" xəbər verir  ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında deyilir.

O, Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən sorğu aldığını və bu sorğunun ona 21 noyabr 2013-cü il tarixdə Ukraynadakı vəziyyətlə bağlı keçmiş və ya cari hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və ya soyqırım iddialarını əhatə edən araşdırmaya başlamağa imkan verdiyini bildirib. 

"Mən BKS rəhbərliyinə vəziyyətlə bağlı dərhal aktiv təhqiqata başlamaq qərarı barədə məlumat verdim. Sübutların toplanması üzrə işimiz başlayıb", - Xan deyib.

Xan obyektiv və müstəqil araşdırma aparacağına söz verib.