Martın 3-ü səhər saatlarına olan məlumata görə, Rusiya ordusu tərəfindən Ukraynanın Xarkov vilayətinin atəşə tutulması nəticəsində 34 nəfər həlak olub, 285 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna DSX-nin mətbuat xidmətindən məlumat verilib.
“Ümumilikdə,10-u uşaq olmaqla 34 nəfər ölüb, 285 nəfər yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, ötən sutka ərzində, martın 2-dən 3-dək düşmən öz ölümcül bomba, mərmi və raket artilleriyasından yaşayış məntəqələrini və bütöv yaşayış məntəqələrini vurmaqda davam edib, dinc əhalini qətlə yetirib.
Gülayə Mecid