Rusiya və Belarus paralimpiyaçıları Pekində keçiriləcək Paralimpiya Oyunlarında iştirak edə bilməyəcəklər.
"Unikal" xəbər verir ki, bunu Beynəlxalq Paralimpiya Komitəsi açıqlayıb.
Qey olunub ki, bir çox milli komitələrin, komandaların və idmançıların ruslar və belaruslarla yarışmaqdan imtina edib.
Qeyd edək ki, əvvəllər qurum Rusiya və Belarus idmançılarına neytral statusda icazə vermək qərarına gəlsə də, sonradan bu məsələyə yenidən baxmalı olub. 2022-ci ildə Pekində Paralimpiya Oyunları martın 4-dən 13-dək keçiriləcək.
Ağarza Elçinoğlu