Almaniya Bundesliqasının 25-ci turunda martın 6-ı keçirilməli olan "Maynts" - "Borussiya" (Dortmund) matçı təxirə salınıb.
"Unikal" "Bild"ə istinadən xəbər verir ki, buna meydan sahibi komandada 19 nəfərin koronavirusa yoluxması səbəb olub. Yoluxanlarında 13-nün futbolçu olduğu bildirilib.
Qeyd edək ki, "Borussiya" ölkə çempionatında 50 xalla 2-ci, "Maynts" 34 xalla 9-cu pillədə qərarlaşıb.