Stilist Anar Ağakişiyev sosial şəbəkə hesabından "Bolt" taksi şirkətindən şikayət edib.
"Unikal" xəbər verir ki, o, taksi sürücülərin işlərinə məsuliyyətsiz yanaşmasından gileylənib.
"Avtomobilimi servisə vermişəm, iki-üç gündür taksiylə gəzirəm. "Bolt"dan istifadə edirəm. Sürücülərinizi işə götürəndə təlimat dərsi keçin. Haradan hara gedəcəyimi işarələyirəm, zəng edib deyirlər, hara gedirik? Bəhanə edir ki, sistemdə görmürəm. 3 manatlıq yoldur, getmək istəmir. Sistemdə göstərir 3 dəqiqə, zəng vurur ki, 6 dəqiqəyə çatacam. Məni azdırmaq istəyir, 3 manatlıq yolu getmək istəmir. Limit qoyun ki, 10 manatdan aşağı sifariş götürmürük. XXI əsrdə yaşayırıq, sürücü sənə zəng edir ki, hara gedəcəyik? Tək mən yox, dostlarım da bunu deyir. Xaricdə taksidən istifadə edirəm, heç vaxt belə halla rastlaşmamışam. Özü də "Bolt"dan istifadə edirəm, ancaq bizimkilərdə var. Mütləq zəng etməlidir. İndi də sifariş etmişəm, xəritədə göstərir 2 dəqiqə, özü zəng edir ki, 6 dəqiqəyə çatıram. 50 dənə sual verirlər, sisteminiz var, işləmir? İnsanlar əziyyət çəkir. Kartla ödəniş olanda götürmürlər. Müştəri eşitməməlidir: kartla, nəğd, gecikirəm, hara gedirik", - deyə Anar ifadə edib.