Ukraynalı MMA döyüşçüsü İhor Potieria Rusiyanın Ukraynaya şiddətli hücumlarına səssiz qalan yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovu sərt şəkildə tənqid edib.
"Unikal" xəbər verir ki, sosial media hesabında paylaşım edən Potieria, "Milyonlarla insan sizi izləyir, sizi bütləşdirirdi. Bir çox döyüş sənəti salonlarında örnək olaraq göstərildiniz. Karyeranıza Ukraynada başladınız. Namus və iman mövzusunda boğazınızı kəsdiniz. İndi isə susursan...”, - deyib.
Ukraynalı döyüşçünün bu sözləri sosial şəbəkədə bir çox insandan tərəfindən müsbət qarşılanıb.