İlgiltərə çempionatının 28-ci turunda "Çelsi" səfərdə "Börnli"ni darmadağın edib.
"Unikal" xəbər verir ki, ilk hissəsi sönük məcrada keçən qarşılaşmada qonaqlar bütün qolları ikinci hissədə vurub.
Hesabı 47-ci dəqiqədə R.Ceyms vurub. 52-ci dəqiqədə K.Havertz hesabı 2-0-a çatdırıb. Üç dəqiqədə sonra yenidən fərqlənən K.Havertz fərqi üç topa çatdırıb.
Qarşılaşmada son nöqtəni ikinci qolda məhsuldar ötürmə etmiş C.Pulişiç qoyub.
4-0 hesabı ilə qələbə qazanan “Çelsi” üçüncü pillədəki mövqeyini (53 xal) möhkəmləndirib.
İngiltərə çempionatına aktivində 66 xalı olan “Mançester Siti” liderlik edir. “Liverpul” üç xal fərqlə ikinci pillənin sahibidir.