Qəbələdə gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
İstintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.
xxx
14:08
Qəbələ rayonunda zibil qutularında bədənin hissələri tapılan meyitin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.
Qeyd olunub ki, gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.
xxx
13:21
Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.
"Unikal" xəbər verir ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.
Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.