Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Xəzər rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların qayğıları ilə maraqlanılır, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılır və mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
"Unikal" xəbər verir ki, buna əsasən, "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Xəzər rayonunda şəhid ailələri ziyarət olunub.
Xəzər Rayon İcra Hakimiyyəti və "Gazelli Group" şirkətinin birgə təşkilatçılığı ilə Xəzər rayon könüllü gəncləri tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub, "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə bayram hədiyyələri təqdim edilib.
Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd edilib, şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanılıb.