Aktyor Paşa Li Rusiyanın Ukraynaya hücumu nəticəsində müharibədə həlak olub.

"Unikal" xəbər verir  ki, bir müddət əvvəl ordu sıralarına qatılan məşhur ukraynalı aktyor Paşa Linin Ukraynanın İrpin bölgəsində Rusiya ordusu ilə qarşıdurmada həyatını itirdiyi açıqlanıb.

"Kral Aslan" və "Hobbit" kimi filmlərin dublyajında ​​da çalışan 33 yaşlı aktyor Paşa Li ölkəsini müdafiə etmək üçün könüllü olaraq orduya gedibmiş.