Avropaya daha 500 amerikalı əsgər göndərilir.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun sözçüsünə istinadən məlumat yayıb.
Məlumata görə, müvafiq göstərişi ABŞ-ın müdafiə naziri Lloyd Ostin verib.
Bununla da Avropadakı Amerika hərbçilərinin ümumi sayı təxminən 100 min olacaq.