Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 7 milyon 150 min 900 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Ticarət şəbəkəsində 516 milyon 668 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 490 milyon 482 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.