"Barselona" qapıçısı Voyçex Şensnı ilə müqaviləni uzada bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
34 yaşlı polşalı qapıçı Kataloniya klubuna transfer olunandan sonra bir oyuna belə çıxmasa da, klubda onun peşakarlığından və 2-ci qapıçı rolunu qəbul etməyindən məmnundurlar. Şensnının pozitiv yanaşması və digər oyunçulara yaxşı təsir olması da bildirilir. "Barselona"nın transfer siyasətində dəyişikliklər olmasa, futbolçu ilə müqavilə daha bir mövsümlük uzadıla bilər.
Qeyd edək ki, Voyçex Şensnı bu yay karyerasını bitirməsinə baxmayaraq, "Barselona"nın futbolçusu Mark-Andre Ter Ştegen zədələndikdən sonra kluba kömək etməyə razılaşdı. Onun Kataloniya klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.