Ukrayna Silahlı Qüvvələrinin (AFU) polkovniki Roman Kaçur Rusiyanın terrorçu və ekstremistlər siyahısına daxil edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in rəsmi saytında deyiir

Kaçur Sumidə anadan olub. 2005-ci ildə Sumi Hərbi Raket Qoşunları və Artilleriya İnstitutunu bitirib.

2014-2018-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin 81-ci aeromobil briqadasının artilleriya rəisi vəzifəsində çalışıb. 2018-ci ilin mart ayından “Zaporojye Siç” 55-ci artilleriya briqadasının komandiri olub. O, hazırda Ukrayna Silahlı Qüvvələrində polkovnik rütbəsi ilə xidmət edir.