"Bloomberg"də bu gün dərc olunan xəbər məqaləsində Türkiyənin G20 sammitində sülh planı (Rusiya-Ukrayna arasında - red.) təqdim edəcəyi ilə bağlı açıqlamalar Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən rədd edilib.

"Unikal" xəbər verir ki, Xarici İşlər Nazirliyi mənbələri Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq təşəbbüslərini dəstəklədiyini, lakin "Bloomberg"in Rusiya-Ukrayna müharibəsi ilə bağlı bu gün dərc olunan xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib. 

 "Bu gün "Bloomberg" xəbər agentliyinin Türkiyə ilə bağlı dərc etdiyi xəbərin hissələri həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, "Bloomberg" xəbərlərində Türkiyənin müharibəni dayandırmaq üçün təklif hazırladığı və bu təklif çərçivəsində Ukraynanın Rusiyaya bir qədər güzəştə getməsinin gözlənildiyi iddia edilib.

Gülayə Mecid