Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturinə qarşı terror aktı və muzdlu fəaliyyətə görə cinayət işi açılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. 

"Baturin uzun müddətdir muzdlu əsgərlər hazırlayır və şəxsən Rusiya Federasiyası ərazisində muzdlu döyüşçü kimi silahlı münaqişədə birbaşa iştirak edir", - departamentdən bildirilib. 

Belə ki, bu ilin sentyabrında o, digər VFU yaraqlıları ilə birlikdə Kursk vilayətinə soxulub, burada dinc əhalini qorxudub, müxtəlif növ cinayətlər törədib.

Müstəntiqlər Baturin və onun əlaltılarının harada olduğunu müəyyənləşdirirlər. İstintaq davam edir.

Gülayə Mecid