“NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın "ABC News" telekanalına müsahibəsində deyib.
“Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, - Zelenski bildirib.