Cəlilabad rayonunda torpaq sürüşməsi olub. 

"Unikal"ın məlumatına görə, hadisə Cəlilabad-Soltanlı avtomobil yolunun Soltanlı kəndinin giriş hissəsində qeydə alınıb. 

Belə ki, bir müddət öncə yolda əmələ gələn çatlar intensiv yağışlardan sonra artaraq, təhlükəli həddə çatıb. 

Aidiyyatı qurumlar ərazini nəzarətə götürüb, hava şəraiti normallaşan kimi tədbirlər görüləcək.

Xəlil Əliyev