Dünya birjalarında neftin qiyməti artıb.
"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 72,08 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar artaraq 68,29 dollar təşkil edib.