Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Şirkət qeyd edib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.
Şirkətdən bildirilib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək.