Gələn ilin yanvarında ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra şahzadə Harri üçün xoşagəlməz hadisələr ola bilər. 

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. 

Qeyd olunub ki, Harrinin və ailə üzvlərinin sənədlərinə baxıla bilər və onun deportasiya riskinin olması istisna edilmir. Məsələ burasındadır ki, Amerika İrs Fondu şahzadə Harrinin ABŞ-də qalması ilə bağlı viza statusunu ictimailəşdirmək istəyir. 

Keçən il Harri müxtəlif dərmanlardan istirahət məqsədilə istifadə etdiyini etiraf etdi.

ABŞ-yə giriş qaydalarına görə, bu məlumat immiqrasiya sənədlərində göstərilməlidir. Səlahiyyətli dövlət qurumu Harrinin ABŞ-yə girişi ilə bağlı sənədlərində bunun olub-olmaması ilə bağlı məlumatı açıqlamayıb. Heritage Foundation ABŞ Daxili Təhlükəsizlik Departamentini məhkəməyə verib, lakin bu ilin sentyabrında iddia rədd edilib. Mərkəzin hüquqşünasları rədd qərarından apellyasiya şikayəti veriblər və ekspertlər hesab edirlər ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra məsələ Heritage Foundation-ın xeyrinə həll olunacaq, çünki Tramp sərt immiqrasiya siyasəti ilə tanınır.

Ağarza Elçinoğlu