COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, onların iştirakı hələlik məlum deyil.
A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib: "İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin şübhəsiz ki, əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz ki, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".
Anar Kəlbiyev