Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri və aktrisa Ancelina Coli Yəmənin paytaxtı Sənada husilərin xarici işlər naziri adlandırılan Hişam Şərafla görüşüb.
"Unikal" xəbər verir ki, husilərin nəzarətində olan "SABA" xəbər agentliyi husilərin qondarma xarici işlər naziri Şərefin Sənada Coli ilə görüşü ilə bağlı açıqlama yayıb.
Şərəf açıqlamasında bildirib ki, Colinin səfəri "7 ildir zorakılıq və mühasirəyə məruz qalan Yəmən xalqının qurbanlarına işıq salması" baxımından əhəmiyyətlidir.