Bir müddətdir iş adamı Mehmet Dinçerler ilə sevgili olan Hadisə aldığı evlilik təklifindən sonra toy hazırlıqlarına başlayıb. Bahalı üzüyü, münasibəti və sosial media hesabındakı paylaşımları ilə gündəmdən düşməyən müğənni, nəhayət ki, yenidən diqqət çəkməyi bacarıb.
"Unikal" xəbər verir ki, Antalyada konsert verən Hadisə cırıq cins şalvarla hazırladığı kombinasiya ilə səhnəyə çıxıb. Müğənninin geyiminin qiyməti qısa zamanda məlum olub.
Belə ki, müğənnin bluzu 6 min TL ( 702 AZN), şalvarının qiyməti isə 35 min 615 TL-dir (4,098 AZN). İnstaqramda 13,5 milyon izləyicisi olan Hadisənin cırıq cins şalvar kombinasiyası gündəm mövzusuna çevrilib.
Müğənninin geyimi izləyicilərini iki yerə bölüb. Bəziləri Hadisənin geyiminə "Stilini sevirəm" şərhini yazarkən, bəziləri "O şalvar üçün o pulu necə ödədin?" ifadəsini işlədib.