Rusiyanın Ukraynaya hücumları 14-cü gündə də davam edir. 

"Unikal" xəbər veerir ki, Ukraynanın Makariv vilayətində təhlükəsizlik kameralarına düşən görüntülərdə rus tankı hərəkətdə olan mülki avtomobilə atəş açıb.

Videodan görünür ki, tankdan avtomobilə iki dəfə atəş açılıb. Nəticədə maşın yararsız hala düşüb, içəridə olan 2 nəfər həlak olub. 

Ağarza Elçinoğlu