Hesabat dövrü ərzində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi aidiyyəti orqanlara təhvil verilib.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 11 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 3 nəfər məsuliyyətə cəlb edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər insan alveri qurbanı müəyyənləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına təhvil verilib.