Ziya Məmmədov da yollardan şikayət edir
16:09 21-02-2013
CƏMİYYƏT
Azərbaycanda avtomobil yolları və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı işlərdə çatışmazlıqlar ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlıdır.
Bunu nəqliyyat naziri Ziya Məmmədov Nəqliyyat Nazirliyində bu məsələrlə bağlı keçirilən kollegiya iclasında bildirib.
Z.Məmmədov bir sıra layihələrin icrası müddətində podratçılar tərəfindən gecikmələrə yol verildiyini diqqətə çatdırıb, həmçinin icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Yol İstismar İdarələrinin avtomobil yollarının və yol qurğularının cari saxlanma vəziyyətinin lazımi səviyyədə təmin etmədiyini bildirən nazir infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün də tapşırıqlar verib.
Nəqliyyat naziri bir sıra obyektlərdə görülən işlərin keyfiyyətinin onu qane etmədiyini bildirib və qeyd olunan sahələrdə təsirli tədbirlər görülməsini, işlərin keyfiyyətinin artırılmasını, icra olunan layihələrin bütün mərhələlərdə yalnız yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsini və ciddi nəzarətin tətbiq edilməsini «Azəryolservis» ASC-nin rəhbərliyindən və podratçı təşkilatçılardan tələb edib.
Digər Xəbərlər
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31
2024-12-27 11:21:58
2024-12-27 11:20:29
2024-12-27 11:18:49
2024-12-27 11:15:33
2024-12-27 11:10:45
2024-12-27 10:57:07
2024-12-27 10:34:57
2024-12-27 10:00:00
2024-12-27 09:41:22
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34