Aparıcı Aytən Səfərovanın marketlərin birindən aldığı “Mumtaz” düyüsünün içindən həşəratlar çıxıb.
"Unikal" xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabından paylaşım edib.
“Ağzını açdım və içində qara cücülər var. Başa düşürəm, aşın üstündə qarası olar, amma bu dərəcədə yox. İndi kimsə çıxıb bəyanat yayacaq, mənim heç bir düyü ilə problemim yoxdur. Üstündə tarix 2024-cü ilə qədər göstərib”, - deyə A. Səfərova bildirib.