SSRİ Xalq artisti Alla Puqaçova Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk etməsi xəbərləri yayılıb.
"Unikal" xəbər verir ki, sözügedən iddialara cavab olaraq müğənni sosial media hesabından açıqlama yayıb.
O bildirib ki, hazırda istirahətdədir:
"Tətil, istirahət və müalicə ölkədən köçmək hesab edilmir. Qayıdacam, danışarıq", - deyə, Puqaçova açıqlamasında bildirib.
Qeyd edək ki, Alla həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə Latviyaya gedib. Onların oradan Mayamiyə yollanacağı bildirilib.