Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) adikeçən ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Uppsala Universitetinin “Destinasiyaların dayanıqlı inkişafı” ixtisası üzrə magistrantı Tural Omarovun təqdimatinda “İsveçdə təhsil”adlı vebinar keçirilib.
"Unikal" xəbər verir ki, İsveçdə təhsilalma istiqamətində applikasiya prosesi, təqaüd proqramları,o cümlədən Uppsala Universitetində təhsil imkanları, ixtisaslar və fakültələr barədə magistrant T.Omarovun detallı çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sual-cavab sessiyası ilə yekunlaşan vebinarda Universitetin professor-müəllim və inzibati heyəti, həmçinin tələbələri iştirak ediblər.