Martın 10-da Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən H.Q (ad şərti verilib) barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılıb.
"Unikal" xəbər verir ki, H.Q bu il martın 4-də qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri satış məqsədi ilə ümumi təmiz çəkisi 2170,06 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini yaşadığı evə aparıb saxlayıb. Martın 8-də həmin narkotik vasitə heroinin təmiz çəkisi 98,505 qram olan hissəsini bir ədəd bükümdə ayırıb əynindəki qara rəngli gödəkcənin cibinə qoyaraq özü ilə daşıyıb.
Bununla əlaqədar, Yasamal rayonu ərazisində şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub və faktla bağlı cinayət işi başlanılıb.
CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş H.Q. barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.