Müğənni Elşad Qarayev "1 dəqiqə" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o, verilişdə oğlu Rəvan Qarayevin ikinci həyat yoldaşını evdən qovması ilə bağlı xəbərlərə "Elə şey olmaylb. İstəmirəm o haqda danışaq. Amma Rəvan bundan sonra ailə qursa mən icazəsini verəcəm. Özü seçəcək, mən razılıq verəcəm. Bundan əvvəl nə qədər oldu, mənim məsləhətimlə olmadı", - cavabını verib.
Rəvan isə atasına bu haqda çox danışmağa imkan verməyib. O bildirib ki, ikinci xanımı ilə hazırda yaxşı münasibətdədir və övladını tez-tez görür.
Bildirək ki, Rəvan Qarayev ikinci həyat yoldaşı Günayla 2017-ci ildə ayrılıb.Müğənninin birinci evliliyindən bir qız, ikinci nikahından da bir qız övladı var.