Vətən müharibəsində Böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə ötən il noyabrın 5-də qəbul edilmiş Zəfər günü münasibətilə amnistiya aktı da İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olub.
"Unikal" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.
Onun sözlərinə görə, amnistiyanın icrası 4 ay müəyyən edilib, martın 5-də onun icrası artıq başa çatıb.