Ukrayna milli komandasının sabiq futbolçusu Anatoli Timoşuk titullarından məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası qərar qəbul edib.
Belə ki, Rusiyanın “Zenit” klubunda məşqçi kimi çalışan ukraynalının “Pro” lisenziyası alınıb. O, dövlət, fəxri adlarını da itirib.
Həmçinin, Ukrayna çempionatı, kuboku və Superkubokunda qazandığı mükafatlardan da məhrum olunub.