"Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən "Kardeşler" kafesində siçovul görüntülənib.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, video ilə əlaqədar AQTA tərəfindən araşdırmalar başladılıb:
“Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.