Ötən ay 280 nəfərin ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub.
"Unikal" Dövlət Mirasiya Xidmətinə istinadən xəbər verir ki, onlardan 8-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğu üçün ölkədən çıxarılıb və cərimə tətbiq olunub.
Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğu üçün isə 272 nəfərin ölkəyə girişi məhdudlaşdırılıb.