Ölkə üzrə pensiyaların martın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Xatırladaq ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan artımı mart ayının pensiyası ilə birgə ödəniləcək.