Sərbəst güləşçimiz İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, 97 kq çəki dərəcəsindən mübarizə aparan güləşçimiz finalda almaniyalı Yohannes Mayerlə qarşılaşıb.
Rəqibini 5:3 hesabı ilə məğlub edən İlyasov Avropa çempionu olub.