Portuqaliya yığmasının və "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.

"Unikal" xəbər verir ki, portuqaliyalı ulduz “Mançester Yunayted”in “Tottenhem”lə oyununda 3 qol vurub.

Bununla da Ronaldo karyerası ərzindəki qolların sayını 807-yə çatdırıb. O, Yozef Bitsanı arxada qoyub. Bitsa isə 805 qol vurmuşdu.