Azərbaycanın sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 125 kq-da rəqib Yunanıstan təmsilçisi Azamat Xosonov olub.

Qarşılaşmadan 7:3 hesabı ilə qalib ayrılan Əhmədov Avropa üçüncüsü olub.

Bununla da sərbəst güləş üzrə Azərbaycan milli komandası yarışı 4 qızıl və 3 bürünc medalla başa vurub.

xxx

21:25

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, 86 kq-dakı Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.

Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

xxx

20:44

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.

Rəqibinə 8:1 hesabı ilə qalib gələn Hacıyev qızıl medal qazanıb.