İranın paytaxtı Tehranda keçirilən taekvondo üzrə Asiya regionu üzrə President Cup turnirinə yekun vurulub.
"Unikal" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın daha bir təmsilçisi fərqlənib.
87 kq-dan yuxarı çəki dərəcəsində dayanaq üzərinə çıxan Radik İsayev bürünc medala yiyələnib.
Digər taekvondoçulardan Taleh Süleymanov (87 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Eltac Qafarov 74 kq) və Patimat Abakarova (53 kq) bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan yığması "President Cup"u iki gümüş və üç bürünc medalla başa vurub.