Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq.
"Unikal" xəbər verir ki, yaz fəslinin ölkəmizə qədəm qoyması bazar günü yerli vaxtla saat 19:33:23-ə təsadüf edəcək
Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq. Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.