Qubada tanışını öldürmək istəyən şəxs həbs edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirib.
Dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Sumqayıt şəhər sakinləri - Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilib, onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.
Quba Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.